AZ EN RU

Meliorativ tədbirlər davam etdirilir

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarəsi olan Şərur Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən kollektor, kanal və ara arxların lildən təmizlənməsi işləri davam edir.   
Belə ki, İdarənin əməkdaşları tərəfindən Qorçulu kəndində 1,2 kilometr, Dəmirçi kəndində 1,8  kilometr kollektorlarda, Qarxun kəndində 1,2 kilometr, Siyaqut kəndində 0,8 kilometr ana arxlar, Siyaqut kəndində 0,6 kilometr ara arxlar, həmçinin 0,4 kilometr məsafədə Sol sahil kanalında lildən təmizləmə işləri aparılıb. Hazırda meliorativ tədbirlər davam etdirilir.

Nəşr edilib : 03.04.2024 11:06