AZ EN RU

Məlhəm Beynəlxalq Hospitalı Naxçıvanda növbəti ödənişsiz aksiya keçirir

Naxçıvan Sağlamlıq Mərkəzində ödənişsiz xəstə müayinəsi həyata keçirilir. 3 gün davam edəcək aksiyada Məlhəm Beynəlxalq Hospitalının 10 nəfərlik yüksəkixtisaslı həkim heyəti iştirak edir.

Aksiya çərçivəsində ürək-damar cərrahı, ümumi cərrah, lor cərrahı, uroloq-androloq, ginekoloq, fizioterapiya və reabilitasiya üzrə uzman mütəxəssis və digər ixtisaslı həkimlər ödənişsiz tibbi xidmət göstərir, müayinə və müalicələr həyata keçirirlər.

Ümumi cərrahiyə sahəsində isə ən çox müraciət edilən şikayətlər xüsusən qalxanabənzərvəz, süd vəzi xəstəlikləri, mədə-bağırsaq sistemini bədxassəli törəmələri ilə xəstələr bu gün ən çox müraciət ediblər

Sakinlər bir məkanda ehitaclarına uyğun vaxt itirmədən müayinələrdən keçiblər.

Nəşr edilib : 21.11.2023 23:26