AZ EN RU

Məleykə Abbaszadə: Əvvəlki illərlə müqayisədə şagirdlərin xarici dil bilikləri artıb

Məktəblərdə xarici dil fənləri aşağı səviyyədə tədris olunur. Xarici dil imtahanları verən 9-cu sinif şagirdlərinin müvafiq bilik səviyyəsi A2-dir.

 Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər və sertifikasiya imtahanının təqdimatı ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, 11-ci sinfi bitirən şagirdlərinin xarici dil bilikləri B1-dir.

“Əvvəlki illərlə müqayisədə şagirdlərin xarici dil bilikləri artıb. Mən istərdim ki, müsbət dinamika şagirdlərin riyaziyyat biliklərində də özünü göstərsin”, - deyə Məleykə Abbaszadə qeyd edib.

Nəşr edilib : 05.03.2024 12:13