AZ EN RU

Məleykə Abbaszadə: Bir il ərzində dövlət qulluğunda səriştə əsaslı qiymətləndirmə modelinə keçid ediləcək

Bir il ərzində dövlət qulluğuna qəbul zamanı biliyə əsaslanan qiymətləndirmə formasından səriştə əsaslı qiymətləndirmə modelinə keçid edəcəyik.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Təlim VI inkişaf sistemində müasir çağırışlar" mövzusunda keçirilən forumda çıxışı zamanı deyib.

DİM sədri bildirib ki, səriştə modeli xarici və yerli ekspertlərlə müzakirə olunub: "Hüquqi müstəviyə keçid üçün təxminən bir il vaxtımız var. Səriştə modelinə keçid edəndə qiymətləndirmə aparanda fəaliyyətin qiymətləndirilməsi də bu model əsasında aparılacaq. Prosesdə daimi təlimlərin mövcudluğu vacibdir".

Nəşr edilib : 30.05.2024 10:43