AZ EN RU

Məktəblilərin dərin tibbi müayinələrinə başlanılmışdır

    Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri muxtar respublikanın orta məktəb şagirdləri  arasında vərəm xəstəliyinin erkən aşkarlanması istiqamətində həyata keçirdiyi tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ağciyər  Xəstəlikləri  Dispanserinin həkim briqadası səyyar flüoroqrafiya ilə Naxçıvan şəhəri 14 nömrəli  tam orta məktəbdə olmuş, IX-X-XI  sinif  şagirdlərindən 244-ü flüoroqrafiya müayinəsindən keçmişdir. Uşaqlar arasında 14 şagirddə döşdaxili limfa düyünlərinin böyüməsi, 8 şagirddə bronxit, 1 şagirddə isə ürək konfiqurasiya dəyişiklikləri aşkar edilmişdir.
    Ağciyər  Xəstəlikləri  Dispanserinin həkim briqadası səyyar flüoroqrafiya ilə Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə də olmuş, IX-X-XI sinif şagirdlərindən 149 nəfər flüoroqrafiya müayinəsindən keçmişdir. Uşaqlar  arasında  12 şagirddə döşdaxili limfa düyünlərinin böyüməsi diaqnozu aşkar edilmişdir. Şagirdlər daha ətraflı  müayinədən keçmək üçün Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinə dəvət olunmuşlar.
    Məktəblərdə şagirdlər arasında  maarifləndirici söhbətlər də aparılmışdır.

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 02.12.2022 20:47