AZ EN RU

Məktəblilərimiz "Sabahın alimləri" XIII Respublika Müsabiqəsi çərçivəsində sərgidə iştirak edəcək

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsi çərçivəsində sərgidə iştirak edəcək şagirdlər müəyyən edilib.

Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbinin şagirdi Abbas Zeynalovun və Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin şagirdi Amin Abbaslının  kompüter elmləri üzrə layihəsi Bakı şəhərində keçiriləcək sərgiyə qəbul olunub.

Qeyd edək ki, layihənin elmi  rəhbəri  Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin STEAM müəllimi Zamilə Mustafayevadır. 

Sərgiyə seçilən şagirdlərimizi təbrik edir və növbəti mərhələdə uğurlar arzulayırıq!

Nəşr edilib : 31.01.2024 09:53