AZ EN RU

Məktəblilər arasında Nəsrəddin Tusi adına fizika-riyaziyyat olimpiadasının rayon turu keçirilib

Fevralın 17-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə V-VIII sinif şagirdləri arasında Nəsrəddin Tusi adına fizika-riyaziyyat fənləri üzrə olimpiadanın rayon turu keçirilib. 
8 mərkəzdə təşkil olunan olimpiadada 1000-ə yaxın  şagird iştirak edib. Olimpiadada məktəblilərə   25 test tapşırığı  təqdim olunub və cavablandırılması üçün   3 saat vaxt ayrılıb.
Məlumat üçün bildirək ki, rayon turunda siniflər üzrə ən yüksək nəticə göstərmiş 20 faiz şagird respublika turunda iştirak etmək hüququ qazanacaq.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubleyinə həsr olunan olimpiada məktəb, rayon və muxtar respublika olmaqla 3 turdan ibarət olacaq.
Olimpiadanın rayon mərhələsinin qalibləri diplom, tərifnamə, muxtar respublika mərhələsinin qalibləri isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Fəxri fərman və qiymətli hədiyələrlə təltif olunacaq.

Nəşr edilib : 17.02.2024 14:23