AZ EN RU

Məktəblilər arasında keçirilən Nəsrəddin Tusi adına fizika-riyaziyyat olimpiadasının rayon turunun nəticələri elan olunub

Fevralın 17-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə V-VIII sinif şagirdləri arasında filosof-alim Nəsirəddin Tusinim doğum günündə  keçirilən Nəsrəddin Tusi adına fizika-riyaziyyat fənləri üzrə olimpiadanın rayon turunun nəticələri elan olunub. Belə ki, olimpiadada iştirak edən 957 şagirddən 218-i final turuna vəsiqə qazanıb. 
Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının 100 illik yubleyi”nə həsr olunan olimpiadanın final turu 16 mart 204-cü ildə keçiriləcək və   qaliblər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyələrlə təltif olunacaq.
Olimpiadanın yarımfinal mərhələsində qalib olan şagirdlərimizi təbrik edir, onlara növbəti mərhələdə uğurlar arzulayırıq!

Şagirdlərimiz  olimpiadanın rayon mərhələsinin nəticələri ilə https://bitly.ws/3dxJZ linki  vasitəsi ilə tanış ola bilərlər. 

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 19.02.2024 12:22