AZ EN RU

Məktəbli qızların qeyri-etik davranışı - DİN-dən açıqlama

Sosial mediada 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair yayılan görüntülərlə bağlı araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

"Yayılan məlum videogörüntülərdən məlumatlıyıq. Nəzarətə götürülüb. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır".
E.Hacıyev əlavə edib: Bu hadisə daha bir məsələnin kilidini açır. Cəmiyyətin hər bir üzvü müəllimi, məktəbi qorumalıdır, QORU-malıdır. Cəmiyyət olaraq müəllimə, məktəbə mənəvi dayaq olmalıyıq. Bu sahədə neqativ hallara qarşı polis tərəfindən qəti mübarizə aparılır, heç bir müraciətə laqeyid yanaşılmır. Uşaqların gələcəyi təkcə məktəbdən, müəllimdən asılı deyil. Valideyn varsa, hardadır?

Nəşr edilib : 20.02.2024 01:06