AZ EN RU

“Məktəbli“ qəzeti 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində oxuculara təqdim olunub

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir. 11 ölkədən 30-dan çox xarici təşkilat, o cümlədən 109 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisənin iştirak etdiyi sərgidə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yeni nəşr olunan “Məktəbli” qəzeti də iştirakçılara təqdim olunub.

“Çinar Yayımları” nəşriyyat şirkətinin sposorluğu ilə qəzetin noyabr ayı üçün nəşr olunmuş 2 min nüsxəsi ödənişsiz olaraq məktəblilərə paylanılıb. Qısa müddətdə məktəblilərin sevimli platformasına çevrilən və  yüksək poliqrafik keyfiyyətdə nəşr olunan qəzet iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, sərgi bu gün başa çatacaq.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 14.11.2023 17:22