AZ EN RU

Məktəbəqədər tərbiyə müəssisələrinə işə qəbul müsabiqə yolu ilə həyata keçirilir

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən məktəbəqədər təhsil müəssisələrinə işə qəbul üçün elan edilmiş müsabiqənin test imtahanlarına start verilib. “Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumi təhsil, məktəbəqədər təhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il  14 aprel tarixli qərarına uyğun olaraq ilk dəfə keçirilən müsabiqəyə 33 tərbiyəçi-müəllim, 9 musiqi rəhbəri və 1 tibb bacısı olmaqla, ümumilikdə, 43 vakant vəzifə çıxarılıb. 
Müsabiqədəd 60 namizəd qeydiyyatdan keçib. Tərbiyəçi-müəllim vəzifəsi üzrə keçid balını (24) toplamaqla ən yüksək nəticə göstərən namizəd vəzifəyə təyin olunur. Tibb bacısı üzrə keçid balını (40) toplayan namizədlər klinik tapşırıq mərhələsində iştirak edəcəklər. Musiqi rəhbəri üzrə keçid balını (24) toplamış namizədlər üçün qabiliyyət imtahanı keçiriləcək. 

Naxçıvan Muxtar Respublikası
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

Nəşr edilib : 07.06.2022 18:22