AZ EN RU

Məktəbəqədər təhsil müəssisələrinə elektron sistem üzərindən uşaqların qəbuluna başlanılır

Bu gündən Naxçıvan Muxtar Respublikasında məktəbəqədər təhsil müəssisələrinə elektron sistem üzərindən uşaqların qəbuluna başlanılır. Belə ki, valideynlər bq.edu.az saytına daxil olmaqla elektron sistemdə qeydiyyatdan keçir və uşağa  elektron sistemdə şəxsi kabinet açılır. Valideyn şəxsi kabineti yaratdıqdan sonra elektron sistemə uşaqlar barədə məlumatları əlavə edir.

Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi 5 gün sonra həyata keçirilir. 

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 29.02.2024 17:54