AZ EN RU

Məktəb tibb bacılarının nəzəri və praktik təcrübə kursları davam edir

    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin göndərişi ilə Naxçıvan Tibb Kollecində  məktəb tibb bacılarının nəzəri və praktik təcrübə kursları davam edir. Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasında keçirilən, fevralın 25-dən start götürən məşğələlərə Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Şərur Rayon Uşaq Xəstəxanası,  Şərur, Babək Rayon Mərkəzi xəstəxanalarının məktəb tibb bacıları cəlb olunub. 
    Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında Poliklinika şöbəsinin müdiri Şəmsi Əsgərovun apardığı məşğələlərdə məktəblər üçün zəruri olan sağlamlıq jurnallarının, o cümlədən dispanserizasiya, mantu və diaskin test sınaqları, şagirdlərə ilk tibbi yardım, infeksion xəstəliklər, məktəblərdə sanitar vəziyyətə nəzarətin təşkil olunması əyani şəkildə izah edilib. Təcrübə kursları 18 iş günü davam edəcək.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 02.03.2022 19:13