AZ EN RU

Məktəb direktorları üçün seminar təşkil olunub

Babək rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil müəssisələrində  Əmək və Məşğulluq Altsisteminin işlənməsi qaydalarının təkmilləşdirilməsi  məqsədilə məktəb direktorları üçün seminar təşkil olunub.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilən seminarda iştirakçılara ƏMAS-ın işlənməsi, yeni əmək müqaviləsinin bağlanması və dəyişiklik edilməsi, ştat vahidlərinin əlavə olunması, yaranmış vakant vəzifələrin məşğulluq altsisteminə yerləşdirilməsi və digər mövzularda ətraflı məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Nəşr edilib : 01.02.2024 12:44