AZ EN RU

Məkrli Makron

Hələ 1987-ci ildə Qorbaçovun başbiləni olmuş Aqanbekyan Fransanın “Humanite” qəzetinə sayıqlayandan sonra Xankəndidə küçələrə tökülüşüb qoyun kimi mələşən ermənilər, görəsən bugünkü miskin günlərini bilirdilərmi? Amma bu qədər üzərindən keçəndən sonra tarix onu göstərdi ki, daxilən beşsifət olan ermənilərin xarici üz cizgilərini məhz miskin tipdə tanımaq ən doğru yanaşma olardı. Elə baş nazirinin duruşundan tutmuş, beş dollarlıq yardım üçün əl uzatdığı qapılardakı yalvarışlarına qədər hər yerdə ermənilər sanki bütün dünyanın onlara heyran qaldığını zənn edir, bununla da yeni məkrli oyunlara zəmin hazırlayırlar.

Lakin bununla yanaşı, keçmiş SSRİ dövründə başqalarının sərvəti hesabına hamıdan yaxşı yaşayan Cənubi-Qafqazdakı burnudik ermənilər, əllərinə düşən müstəqillik fürsətini pillə-pillə itirdikcə əslində xaricdəki erməni diasporasının güclü olduğu dövlətlərin də məkrli oyunlarının qurbanına çevriləcəklərini də bilməli idilər. Aqanbekyanın o zaman hesablaya bilmədiyi bu ehtimal, Qərb-Rusiya qarşıdurmasının nəticəsində yarana biləcək dənizarxası müharibələrin bir gün Ermənistanı da yaxalayacağı qədər bu gün tamamən real görünür. Məkrli Makronun konserv qutuları ilə silahlandırmağa çalışdığı Ermənistanda  bu gün  qurulan astronomik xəyallar tabutu da mismarlanmış ölünün xortlamasından başqa heç nəyə bənzəmir. 

Əvvəla onu qeyd edək ki, istər Fransa,   ABŞ,   Rusiya, yaxud da harada olursa olsun, buradakı erməni diasporu əslində müasir Ermənistanın qarşılaşdığı faciələrin əsl səbəbkarıdırlar. Yəni ağacı öz içindən qurd yediyi kimi, Ermənistandan xaricdə yaşayan varlı ermənilər də vətəndaşı olduğu ölkələrdə daha yaxşı yaşamaları üçün minlərlə bədbəxt Sarkisin həyatını bir unitazdan da ucuza satmağa hazırdılar. Başqa sözlə, SSRİ dağılandan sonra dünyada, xüsusən Yaxın Şərqdə xəritələri dəyişdirməyi qarşısına məqsəd qoymuş Qərb ilk olaraq SSRİ-nin,  daha sonra Rusiyanın təsir gücünün çox olduğu ölkələri bir-bir hədəfə almağa başladı. İlk olaraq buna Qarabağdakı separatçılıqla başlayan Qərb daha sonra müxtəlif bəhanələrlə Əfqanısan, İraq, Liviya, Tunis, Misir və Suriyada törətməklə kifayətlənməyib, Rus-Ukrayna müharibəsi ilə “zirvəyə” daşımağı da bacardı. Praktiki olaraq 10 ilə yaxın bir müddətdə davam edən və İkinci dünya müharibəsindən sonra ən qanlı münaqişə sayılan bu müharibə hələ də güclü olan Rusiyanın istənilən bəhanə ilə istənilən əraziyə girə biləcəyini göstərir. Ona görə də dünyadakı ən iri nüvə dövləti ilə birbaşa toqquşmaq istəməyən Qərbin və xüsusən də onun Fransa kimi bulanıq koalisiya üzvünün növbəti qurbanının Ermənistan olacağını indidən dəqiq ehtimal etmək mümkündür.

          Qarabağda erməni separatçılığının kökünün kəsilməsi və 3 günə planlaşdırılmış Rusiya-Ukrayna müharibəsinin iki ilə qədər uzanması ilə dünyadakı geostrateji hesablaşmanın növbəti qurbanı kimi Ermənistanın seçilməsi təsadüfi deyildir. İlk səbəb kimi müasir erməni cəmiyyətinin Rusiya, ABŞ, İran, Paşinyan, hətta ürəklərində düşmənçilik etdikləri qonşularına belə rəğbət bəsləyən qruplar hesabına çoxpərəst olmalarıdır. Kif göbələyi kimi kövrək olan erməni toplumu belə bir yolla öz içindən çürüməyə davam edərək, ətrafa üfunət yayır, bununla da öz ətrafına ac quzğunlar toplayır. İkinci səbəb  olaraq Paşinyan kimi hamıya hər yerdə söz verən bir erməni liderinin isə bu yırtıcılar qarşısında boynunu daha da büküb, “kepka”sının altından adamlarına gözünü ağardıb, acığını da basketbol səbətindən çıxması tamamən gözləniləndir.

Və erməniləri məhvə aparan  üçüncü səbəb, əslində, onları şirin dillə aldadıb, tora salan Makron kimi məkrli siyasətçilər təkcə ermənilər üçün deyil, bütün bölgə üçün ən təhlükəli oyunqurucularıdır. Bu gün Ukraynanı çıxılmaz vəziyyətdə qoyub, Ermənistanı silahlandırmağa, separatizmi yenidən diriltməyə çalışan Makron Fransası Paşinyanın başına papaq qoymaqla əslində, bütün erməniləri gələcəkdə çılpaq vəziyyətə salacaq. Haylar unutmamalıdırlar ki, erməni diasporunun 1987-ci ildə Vaşinqtona səfər etmiş Larisa Qorbaçovaya hədiyyə etdiyi brilyant sırğa Qarabağ ermənilərinə sonda nəyə başa gəldisə, bu gün Fransadan Ermənistana göndərilən vaxtı keçmiş silahlar da sabah bundan beş qatına səbəb ola bilər. Odur ki, yaxşı olardı ki, Fransaya hər səfərində erməni baş nazir Zəngəzurun palçıq yollarında batıb qalacaq belə “hədiyyələr” almaq yerinə xanımı üçün alış-veriş eləsin.

Əli Cabbarov 

Nəşr edilib : 27.02.2024 14:38