AZ EN RU

Mehmet Hakkı Alma: İnanıram ki, Qərbi Azərbaycandan olan qardaşlarımız öz yurd-yuvalarına qayıdacaqlar

"Qərbi Azərbaycana qayıdış"  festival-konqresində iştirak edən qonaqlardan olan İğdır Universitetinin rektoru, professor-doktor Mehmet Hakkı Alma Batabat yaylağında keçirilən "Qərbi Azərbaycana qayıdış" festival-konqresi haqqında öz təəssüratlarını bölüşüb: – Batabatın  çox gözəl panoram mənzərəsi və gözəl havası var. Bu gün burada məndən əlavə başqa universitetlərin rektorları da iştirak edir.  Bu yerlər – Batabat yaylaqları əsrarəngiz gözəlliyi ilə seçilən çox mükəmməl yerlərdir. Bu gün burada insanların üzündə xoş bir təbəssüm, gözlərində ümid qığılcımları  görürük. Eyni zamanda burada olmaqdan çox qürur duyuruq. "Qərbi Azərbaycana qayıdış" festival-konqresinin keçirilməsinin Zəngəzur dəhlizinin açılmasına çox böyük təsiri var. Səmimi olaraq bildirim ki, festivalda çoxdandır, görmədiyim  azərbaycanlı iş adamlarını və siyasətçiləri görüb söhbət etmək imkanım oldu. Bildiyimiz kimi, Qərbi Azərbaycana qayıdış sülh yolu ilə olacaq. Sülh dünya üçün vacibli bir amildir. Mən də inanıram ki, Qərbi Azərbaycandan olan qardaşlarımız öz yurd-yuvalarına qayıdacaqlar.

Nəşr edilib : 22.06.2024 20:27