AZ EN RU

Məhkumların hüquqlarının müdafiəsi diqqət mərkəzindədir

    Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının birgə təşkilatçılığı ilə Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumlar üçün hüquqi maarifləndirmə tədbiri keçirilib.
    Xidmətin Təşkilat-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə kapitanı Nizami Nəcəfov tədbiri giriş sözü ilə açaraq tədbirin keçirilməsinin məqsəd və əhəmiyyətindən danışıb.  
    Sonra Müvəkkil Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri Vahidə Bayramova və baş məsləhətçisi Həsən Həsənov çıxış ediblər. Çıxışlarda məhkumlara cəzaların icrası və çəkilməsi zamanı onların ən mühüm hüquqi təminatlarından biri olan qohumları, vəkilləri və digər şəxslərlə görüşləri, habelə telefon danışıqları aparılmasına dair qanunvericilikdə müəyyən olunmuş qaydalar barədə məlumat verilib. 
    Sonda mövzu ilə bağlı məhkumları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası 
Ədliyyə Nazirliyinin mətbuat xidməti

 

Nəşr edilib : 16.08.2023 14:55