AZ EN RU

Məhkəmələrdə statistik hesabatların tərtibi mövzusunda seminar keçirilib

İyunun 24-də 2023-cü ilin birinci yarımilinin başa çatması ilə əlaqədar olaraq məhkəmə işçiləri üçün “Məhkəmə orqanlarında statistik hesabatların tərtibi” mövzusunda seminar keçirilib. Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında  keçirilən seminarda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və birinci instansiya məhkəmələrinin bu sahəyə məsul əməkdaşları iştirak ediblər.

Seminarda qeyd olunub ki, statistik hesabatların tərtibi “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın müddəalarına uyğun olaraq müəyyən olunmuş qaydada məhkəmə fəaliyyətinə dair statistik hesabat formaları ilə müəyyənləşdirilərək aparılır. Ədliyyə Nazirliyi tərəfindən məhkəmə fəaliyyətinə dair statistik hesabat formalarının işlənilməsi diqqətdə saxlanılır, bununla bağlı tədbirlər görülür və yeniliklər qanunvericiliyin tələblərinə uyğun aparılır. Bu istiqamətdə bu ildə statistik hesabatlarda əlavə və dəyişikliklər edilib. Ona görə də bu sahəyə məsul əməkdaşlar yeni hesabat formalarını dərindən öyrənməli, tərtibində diqqətli olmalı, yanlışlıqlara yol verilməməlidir.

Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən məhkəmə işçilərinə yeni  statistik hesabatların işlənməsi qaydaları ətraflı izah edilmiş, lazımi tövsiyələr verilmişdir. Bildirilmişdir ki, statistik hesabat formaları düzgün və səlis tərtib olunmalıdır .

Seminarda geniş müzakirələr aparılmış, məhkəmə əməkdaşlarını maraqlandıran suallar cavablandırılmış və onlara yeni statistik hesabat formaları təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 25.06.2023 10:36