AZ EN RU

Məhkəmələr arasında mini futbol turniri yekunlaşdı

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən məhkəmələr arasında keçirilmiş mini futbol turnirinə yekun vurulub.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən turnirdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 12 məhkəməni təmsil edən 8 komanda iştirak edib. Final oyunu Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi ilə Kəngərli və Sədərək Rayon məhkəmələrinin birgə komandası arasında baş tutub. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi ilə Ağır Cinayətlər Məhkəməsi üçüncü yer uğrunda mübarizə aparıb. Oyunların nəticələrinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi birinci, Kəngərli və Sədərək Rayon məhkəmələrinin birgə komandası ikinci, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi üçüncü yerin qalibi olub.

Turnirin bağlanış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi çıxış edərək Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş tədbirin əhəmiyyətindən danışıb. Bu ilin ölkəmizin qazandığı zəfərlərlə xüsusilə əlamətdar olduğunu qeyd edən xanım sədr turnirdə iştirak edən komandalara öz təbrikini çatdırıb. Sonda qaliblərin mükafatlandırılma mərasimi keçirilib. Birinci yerin sahibinə kubok, medal və diplom,  ikinci və üçüncü yerlərə yiyələnmiş komandalara medallar və diplomlar təqdim edilib. 

                                                                                                       Naxçıvan Muxtar Respublikası

Ali Məhkəməsinin mətbuat xidməti 

Nəşr edilib : 30.12.2023 18:19