AZ EN RU

Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib

25 yanvar 2024-cü il tarixində Kəngərli Rayon Böyükdüz Kənd Mədəniyyət Evi və Böyükdüz Kənd Kitabxana Filialının birgə təşkilatçılığı ilə Böyükdüz kənd tam orta məktəbində müəllim və şagird kollektivinin iştirakı ilə Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubleyinə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbiri Böyükdüz kənd Mədəniyyət evinin direktoru İlkanə Şahsuvarova açdıqdan sonr Böyükdüz kənd tam orta məktəbinin Ana dili və Ədəbiyyat müəllimi Əfsanə Babayeva, tarix müəllimi Aynur Maqsudova, Böyükdüz Kənd Kitabxana Filialının müdiri Əfsanə Nağıyeva mövzu ilə bağlı çıxışlar edib.
Sonda məktəbli şagirdlərin ifasında Azərbaycan, Üçrəngli Bayraq mövzusunda şeirlər bədii qiraət edilib.

Nəşr edilib : 25.01.2024 16:12