AZ EN RU

Mədəniyyətin, tarixin, varlığın qutlu olsun, Naxçıvan!

Tarixin qanlı sınağında silah, güc, müharibələr ilə qalib gəlib, var olmağa çalışan millətlər, mədəniyyət mübarizəsində məğlub olub, tarixin tozlu səhifələrində əsir düşmüşdürlər. Tarix danışılanlarla yox, geridə qoyulan, ən çox var olduğunun təcəllisi nişanələrlə-mədəniyyətlə dəyərlənir.     

 Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!” – deyən Cavid Əfəndinin ruhunu təcəlli edən mədəniyyət yuvası Naxçıvan.

Mədəniyyətin böyük ruhunu qəbul edərək ona həyat verən bu qutlu yurd onlarla şairlərin, yazıçıların, alimlərin  rəssamların ruhunun  təcəllisi olmuşdur. Mədəniyyəti ağuşuna alan, Cavid, Ordubadi, Cəlil, Araz bulağından Azərbaycan poeziyasına axan, yüzlərlə dahinin ruhunun yetişdiyi torpaq...  Kiçik vücuddan böyük ruhlar yetişdirmiş, siyasi, mədəni tarixin dərinliklərində dərin iz buraxmışdır. Tarix boyu yaşadığı müharibələr, işğallar, əzablar ilə zələnmiş, mədəniyyəti vasitəsilə bu uçurumu aşmış, bu mübarizədən vüqarla çıxmışdır. Sovetlərin tüğyan etdiyi zamanda da azadlığın ilk nəbzi, döyüntüləri bu  şəhərdə duyulmuş, 90-larda parlamışdır. Sənin tarixin, hekayən köklərinin çox-çox dərinliklərində yatır. 1924-dən bu günə, bir əsrlik muxtariyyət tarixində yaşınla yaşatdığın,s mədəniyyətin, tarixin, varlığın qutlu olsun, Naxçıvan!

Nəzrin ABBASLI

Jurnalistika II kurs

Nəşr edilib : 09.02.2024 18:29