AZ EN RU

Mədəniyyət Nazirliyinin Gənclər Təşkilatının muxtariyyətin 100 illiyinə həsr olunmuş konserti keçirilib

Fevralın 16-da Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Gənclər Təşkilatı tərəfindən muxtariyyətin 100 illik yubileyinə həsr olunmuş “Gənclik və musiqi” adlı konsert proqramı təqdim olunub.  

     Konsert başlamadan əvvəl çıxış edən Nazirliyin “İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsi”nin müdiri Həcərxanım Məmmədova və Nazirliyin Gənclər birliklərinin sədri Jalə İbrahimova bildirib ki, Prezident  İlham Əliyevin  “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planına əsasən il ərzində müxtəlif konsert proqramları, sərgilər, festivallar və digər mədəni-kütləvi tədbirlər keçiriləcək. Bu gün gerçəkləşən  konsert də məhz o tədbirlərin davamııdr. Vurğulanıb ki, 2015- ci ildən fəaliyyət göstərən, 500-dən çox üzvü olan Nazirliyin Gənclər Təşkilatının tədbirin təşkilində məqsədi mədəniyyətimizi və mədəni irsimizi gənclərə yaşadılmasını və gələcək nəsillərə çatdırılmasını təmin etmək, muxtariyyətimizin 100 illiyinə öz töhfəsini verməkdir.

      Sonra konsert proqramı təqdim olunub.Gənclər Təşkilatının istedadlı üzvləri Vaqif Mustafazadə, Emin Sabitoğlu, Hacı Xanməmmədov, Tofiq Quliyev, Ələkbər Tağıyev kimi görkəmli bəstəkarların əsərlərini, xalq mahnılarını ifa ediblər. Konsertdə təqdim olunan əsərlər Təşkilata üzv olan musiqi məktəblərinin müəllimləri və tələbələr tərəfindən təqdim olunub. Konsert proqramı alqışlarla qarşılanıb.

  Naxçıvan Muxtar Respublikasının

                    Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 16.02.2024 23:29