AZ EN RU

Mədəniyyət Nazirliyi Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı bir sıra tədbirlər keçirəcək

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, il ərzində konsert proqramlarının keçirilməsi, kitabxana və muzeylərdə “Naxçıvan Muxtar Respublikası – 100” mövzusunda guşələrin yaradılması, mədəni kütləvi tədbirlərin keçirilməsi, musiqi, bədii və rəsm əsərlərindən ibarət sərgilərin və festivalların, müsabiqələrin, muzeylərlə təhsil müəssisələri arasında interaktiv dərslərin keçirilməsi, 100 illik yubileyə həsr olunmuş hədiyyə və suvenirlərin hazırlanması nəzərdə tutulur.

Bundan başqa, Naxçıvan Muxtar Respublikaısnın 100 illik yubileyi ilə bağlı tamaşanın hazırlanması, ölkənin rayonlarına və xarici ölkələrə qastrol səfərlərinin təşkili, “Naxçıvanın 100 mədəniyyət abidəsi” adlı albomun hazırlanması, “Folklor Festivalı”, bədii qiraət müsabiqəsi və digər tədbir­lərin həyata keçirilməsi də planlaşdırılır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 19.01.2024 14:42