AZ EN RU

Mədəniyyət naziri Adil Kərimli Naxçıvanda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli dekabrın 8-də saat 10:00-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində (Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 1) Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirlikdən bildirilib ki, vətəndaşlar dekabrın 5-dək Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin office@nculture.gov.az elektron poçt ünvanı, (036) 545 02 52, (036) 545 72 11 telefon nömrəsi vasitəsi qəbula yazıla bilərlər.

Nəşr edilib : 29.11.2023 12:00