AZ EN RU

Mədəniyyət müəssisələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb

    345 vakant vəzifənin çıxarıldığı müsabiqənin test mərhələsində qeydiyyatdan keçən 192 namizəddən 138-i imtahanda iştirak edib. Onlardan 90 namizəd keçid balını toplayıb. Qabiliyyət tələb edən vəzifələr üzrə 45 namizəd isə birbaşa müsahibə mərhələsində iştirak hüququ qazanıb. 
    Müsahibə mərhələsində namizədlərin praktiki hazırlığı və peşəkarlıq qabiliyyəti yoxlanılıb. Müsahibə komissiyası namizədlərin ixtisas bacarığını müvafiq meyarlar üzrə 5 ballıq sistem əsasında qiymətləndirib. Müsahibədə 12 və ya daha çox bal toplamış namizəd bu mərhələdən keçmiş sayılır. Müsahibə mərhələsində iştirak edən 125 namizəddən 81-i keçid balını toplayıb və müvafiq vəzifələrə təyin olunmaq üçün imtahan nəticələri nazirliyə təqdim olunub. 

Naxçıvan Muxtar Respublikası 
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

Nəşr edilib : 07.06.2023 19:29