AZ EN RU

Mədəniyyət müəssisələrinə işə qəbul üçün növbəti müsabiqə keçirilib

    Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin kadr ehtiyacına olan tələbatının ödənilməsi və vakant yerlərin komplektləşdirilməsi məqsədilə elan olunan müsabiqəyə 315 vakant vəzifə çıxarılıb. 
    Müsabiqədə iştirak etmək üçün 141 namizəd qeydiyyatdan keçib. Ən çox Naxçıvan Dövlət Filarmoniyası (80) və Şərur Rayon Mədəniyyət İdarəsi (45) üzrə vakant vəzifənin çıxarıldığı müsabiqədə 131 namizəd iştirak edib. 
    Müsabiqənin test mərhələsində hər bir namizədə, ümumilikdə, 60 olmaqla müəssisələrdə ixtisaslar üzrə 50, informasiya və kommunikasiya texnologiyalarına aid 10 test tapşırığı təqdim edilib. 90 dəqiqə vaxt çərçivəsində test tapşırıqlarının 50 faizini (30 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir. Keçid balını toplamış namizədlər müsahibə mərhələsinə buraxılır.
    Test imtahanının nəticəsinə əsasən bu mərhələdə 63 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib. 5 namizəd isə birbaşa müsahibə mərhələsində iştirak edəcək. 
    Onu da qeyd edək ki, müsahibə mərhələsi yalnız qabiliyyət tələb olunan ixtisaslar üzrə vəzifələri tutmaq istəyən namizədlər üçün keçiriləcək. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 19.09.2022 19:19