AZ EN RU

Mədəniyyət müəssisələrinə işə qəbul üçün müsabiqə keçirilir

    Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin – muzeylər, kitabxanalar, mədəniyyət sarayları, evləri və klublar, rəsm qalereyası, dövlət qoruqları və muzeytipli müəssisələr, tədris və elmi-metodik müəssisələr, kino, dövlət teatr və konsert müəssisələrinin kadr ehtiyacına olan tələbatının ödənilməsi və vakant yerlərin komp­lektləşdirilməsi məqsədilə elan olunan müsabiqə “Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki müəssisələrə işə qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 fevral tarixli Qərarına əsasən keçirilir.
    348 vakant vəzifənin çıxarıldığı müsabiqədə iştirak etmək üçün 202 namizəd qeydiyyatdan keçib. Ən çox Naxçıvan Dövlət Filarmoniyası (83) və Şərur Rayon Mədəniyyət Şöbəsi (56) üzrə vakant vəzifənin çıxarıldığı müsabiqədə ayrı-ayrı vəzifələr üzrə mədəni təşkilatçı (81) və metodist (29) vakansiyaları üstünlük təşkil edir. Namizədlər arasında daha çox müraciət isə Şərur rayonu (44) və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsi (31) üzrə qeydə alınıb. 
    İmtahan nəticələri ilə Dövlət İmtahan Mərkəzinin rəsmi internet portalında tanış ola bilərsiniz.

Naxçıvan Muxtar Respublikası 
Dövlət İmtahan Mərkəzinin 
mətbuat xidməti

Nəşr edilib : 11.04.2022 19:55