AZ EN RU

Mədəniyyət müəssisələrində bir sıra rəhbər və ümumi vəzifələrə işə qəbul üçün elan olunmuş müsabiqənin müsahibə mərhələsi başa çatıb

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən mədəniyyət müəssisələrində bir sıra rəhbər və ümumi vəzifələrə işə qəbul üçün 29 yanvar 2024-cü il tarixdə elan olunmuş müsabiqənin müsahibə mərhələsi başa çatıb. Müsahibə mərhələsidə, ümumilikdə 152 nəfərin iştirakı nəzərdə tutulub. Bunlardan 46 nəfər müsahibəni uğurla başa vurub, 52 namizəd vəzifəyə uyğun hesab olunmayıb, 54 namizəd isə müsahibələrdə iştirak etməyib.

Müsabiqə mərhələsində 20  dəqiqə ərzində namizədlərin peşəkarlıq qabiliyyətləri, şəxsi keyfiyyətləri və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq komissiya tərəfindən yoxlanılıb. Komissiya müsahibə zamanı namizədləri müvafiq meyarlar əsasında 5 ballıq  sistem əsasında qiymətləndirilib. Namizədlər meyarlar üzrə ortalama 3 bal topladıqda bu mərhələni uğurla keçmiş sayılıb.

 Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 01.05.2024 14:26