AZ EN RU

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskidən və Baş katibin müavini Aydın Cəfərovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının Katibliyi adından Sizi Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə təbrik edirik.

Prezident seçkilərində inamlı qələbəniz vətəndaşların Sizə yüksək etimadının və Azərbaycan xalqının yekdil dəstəyinin parlaq sübutudur.

İnanırıq ki, Sizin fəaliyyətiniz gələcəkdə də əmin-amanlığa və Azərbaycanın tərəqqisinə, bütün dünyada nüfuzunun möhkəmlənməsinə kömək edəcəkdir.

Sizə - görkəmli dövlət xadiminə möhkəm cansağlığı və bu məsuliyyətli vəzifədə yeni məhsuldar fəaliyyət arzulayırıq.

Hörmətlə,

Dmitri Kobitski

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi,

Aydın Cəfərov

MDB Parlamentlərarası Assambleya Şurası Baş katibinin müavini – Azərbaycan Respublikası Milli Məclisinin MDB Parlamentlərarası Assambleyasında səlahiyyətli nümayəndəsi

Nəşr edilib : 09.02.2024 20:13