AZ EN RU

Mayın 29-da Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasında (NMRVK) “Naxçıvan qaziləri” İctimai Birliyinin (İB) üzvləri ilə görüş keçirilib

Mayın 29-da Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasında (NMRVK) “Naxçıvan qaziləri” İctimai Birliyinin (İB) üzvləri ilə görüş keçirilib.
Görüşdə NMRVK-nın sədri Vüsal Həsənov qonaqları salamlayaraq son illər Kollegiyada görülən işlərdən, aparılan islahatlardan danışıb, o cümlədən müzəffər Ali Baş Komandanın qətiyyəti, hərbi və siyasi müstəvidə atdığı düşünülmüş addımları və Ordumuzun şücaəti nəticəsində qazanılan böyük Zəfəri, Vətən müharibəsində mübariz, igid oğullarımızın qələbə əzmini, yüksək döyüş məharətini vurğulayıb. 
Qəbul üçün təşəkkürlərini bildirən qonaqlar Birliyin fəaliyyət istiqaməti barədə məlumat veriblər, yeni təsis olunan “Naxçıvan qaziləri” İB-də görülən işlərdən söz açıblar. 
Görüş çərçivəsində bir sıra məsələlər müzakirə olunub.
Sonda gələn ay – iyunun 26-da Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə vəkillər tərəfindən “Naxçıvan qaziləri” İB-nin üzvlərinə pulsuz hüquqi yardım aksiyasının həyata keçirilməsi qərara alınıb.

Nəşr edilib : 29.05.2024 21:38