AZ EN RU

Mayın 12-də “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı 2023” tədbirinin rəsmi açılışı olacaq

“Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı 2023” tədbirinin rəsmi açılış mərasiminin keçiriləcəyi tarix məlum olub.

Tədbirin rəsmi açılış mərasimi mayın 12-də keçiriləcək.

Qeyd edək ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.

Nəşr edilib : 05.05.2023 10:22