AZ EN RU

May ayının 7-də Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbovun Naxçıvan şəhərinə işgüzar səfəri olacaq

May ayının 7-də Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbovun Naxçıvan şəhərinə işgüzar səfəri olacaq.
"Şərq qapısı" xəbər verir ki, nazir və rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edəcək. Günün ikinci yarısında Fərid Qayıbovun federasiya nümayəndələri ilə görüşü təşkil olunacaq.
Qeyd edək ki, sabah eyni zamanda, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində “Sağlam həyat günü” layihəsi həyata keçiriləcək. 
Naxçıvan şəhərindəki “Böyük bağ” adlanan istirahət parkında start götürəcək layihədə müxtəlif  yaş qrupları üzrə (6 yaş - 60+ yaş) təyin olunmuş normativ tələblərin – hərəkətlər toplusunun yerinə yetirilməsi nəzərdə tutulur. Layihə könüllülük, hər kəsə uyğunluq, sağlam həyat tərzinin aşılanması, tibbi nəzarət prinsiplərinə əsaslanır.
Layihənin normativ tələblərinə müxtəlif yaşqruplarını əhatə edən insanların sürət, dözümlülük, güc, çeviklik imkanlarının müəyyənləşdirilməsi üzrə hərəkətlər daxil edilib. Layihəyə 6 yaşdan yuxarı hər kəs iştirakçı qismində qoşula bilər.

Nəşr edilib : 06.05.2024 20:27