AZ EN RU

Martın 30-da Azərbaycanda COVID-19 əleyhinə 16 min dozadan çox vaksin vurulub

Martın 30-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 16 min 678 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 965, ikinci doza vaksinlərin sayı - 1 min 874, üç və daha çox doza vaksinlərin sayı – 13 min 104, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 735-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 441 min 710, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 323 min 392, ikinci mərhələ üzrə 4 milyon 823 min 150, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 67 min 193, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 227 min 975-dir.

Nəşr edilib : 30.03.2022 16:59