AZ EN RU

Mart ayında ünvanlı dövlət sosial yardımın məbləği 15 faiz artıb

2024-cü ilin mart ayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının məbləği 15 faiz artıb.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Beləliklə, ötən ilin mart ayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının məbləği 422,3 manat idisə, bu ilin müvafiq dövründə həmin məbləğ artaraq 485,6 manat təşkil edib.

Nəşr edilib : 03.04.2024 13:11