AZ EN RU

Malayziya parlamentinin sədri Azərbaycana səfər edəcək

Malayziya Senatının sədri Mutang Tagal Azərbaycana səfər edəcək.

Bunu Malayziyanın Azərbaycandakı səfiri Ahmad Kamrizamil Bin Mohd Rza deyib.

Səfir səfərin aprelin sonunda baş tutacağını bildirib.

"2023-cü ildən etibarən iki ölkə arasında qarşılıqlı mühüm səfərlər olub. Aprelin sonunda Malayziya Senatının sədri Azərbaycana gələcək. Senat sədrinin rəhbərlik edəcəyi nümayəndə heyəti 9 nəfərdən ibarət olacaq", - diplomat qeyd edib.

Nəşr edilib : 22.04.2024 14:28