AZ EN RU

Malatyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2-yə çatıb

Malatyada 5,6 maqnitudada zəlzələnin baş verməsi nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, 12-nin vəziyyəti ağır olmaqla 140 nəfər xəsarət alıb, dağıntılar altından isə 32 nəfər xilas edilib.

Xatırladaq ki, zəlzələ Malatya ilə yanaşı, Kahramanmaraş, Qaziantep, Adıyaman və Şanlıurfa kimi ətraf vilayətlərdə də hiss olunub.

Nəşr edilib : 28.02.2023 11:49