AZ EN RU

Mahir Emreli təlim-məşq toplanışına aparılmayacaq

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" klubundan ayrılmağa çox yaxındır.

"Şərq qapısı" yerli mətbuata istinadən xəbər verir ki, Zaqreb təmsilçisi yeni mövsümə hazırlıq üçün 27 yaşlı hücumçunu Avstriyadakı təlim-məşq toplanışına aparmayacaq.

Emreli ilə yanaşı, Moreno Jivkoviç və Qabriel Rukavinanın da hazırlıq prosesində iştirakı gözlənilmir.

Qeyd edək ki, 2022-ci ildən "Dinamo"da çıxış edən Mahir Emreli komanda ilə iki dəfə Xorvatiya çempionu olub. Onun hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. Futbolçunun klubu ilə yollarını ayıracağı gözlənilir.

Nəşr edilib : 08.07.2024 10:19