AZ EN RU

Magistraturaya sənəd qəbulu davam edir: 11 min 884 bakalavr ərizəsini təsdiqləyib

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu yanvarın 29-u saat 23:59-dək davam edəcək.

Yanvarın 26-sı saat 16:00-a olan məlumata əsasən, 11 min 884 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 10902; rus bölməsi - 982).

Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq olar. Daha sonra bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.

Qeyd edək ki, imtahan fevralın 11-də keçiriləcək.

Nəşr edilib : 26.01.2024 17:14