AZ EN RU

Magistraturaya qəbul imtahanı keçirilib

Fevralın 19-da Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirib. İmtahan respublikanın 7 şəhər və rayonunda təşkil edilib. 18 min 724 bakalavrın iştirak etdiyi imtahanın idarə olunmasına 72 ümumi rəhbər, 202 imtahan rəhbəri, 1684 nəzarətçi-müəllim, 169 buraxılış rejimi əməkdaşı cəlb olunub. 
Naxçıvan Muxtar Respublikasında Naxçıvan şəhər 5 və 14 nömrəli tam orta məktəblərdə təşkil edilən imtahanda  501 bakalavr iştirak edib. 40 zalda keçirilən və 3 saat davam edən  imtahanların idarə olunmasına 6 rəhbər, 48 nəzarətçi ayrılıb. İmtahanda 50-si məntiqi təfəkkür, 25-i xarici dil, 25-i informatika olmaqla 100 sual təqdim olunub. Bakalavrların rahat şəkildə   imtahan verməsi üçün zəruri şərait yaradılıb. 
İmtahan nəticələri yaxın günlərdə elan ediləcək.

Güntac ŞAHMƏMMƏDLİ

 

Nəşr edilib : 19.02.2023 20:43