AZ EN RU

Magistraturaya qəbul imtahanı keçirilib

    Mayın 29-da Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına  qəbul imtahanı (II cəhd) və peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsini keçirib.
    Magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 6 şəhər və rayonunda – Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə, 61 binada aparılıb. İmtahanda 14 min 843 bakalavr iştirak edib. Onlardan 13 min 796 nəfəri Azərbaycan bölməsi, 1047 nəfəri isə rus bölməsi üzrə imtahan verib.
    Naxçıvan Muxtar Respublikasında imtahanlar Naxçıvan şəhər 5 və 14 nömrəli tam orta məktəb binalarında təşkil olunub. 525 bakalavrın iştirak etdiyi imtahanın idarə olunmasına 6 rəhbər, 53 nəzarətçi cəlb edilib. İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 10 gün ərzində elan olunacaq.

Xəbərlər şöbəsi

Nəşr edilib : 31.05.2022 19:41