AZ EN RU

Magistrantların XIV regional elmi konfransı keçirilib

    Naxçıvan Dövlət Universitetində ali təhsil ocağının, Naxçıvan Müəllimlər İnstitutunun, “Naxçıvan” Universitetinin magistrantlarının birgə regional elmi konfransı keçirilib. 
    Magistratura mərkəzinin direktoru, biologiya elmləri doktoru Etibar Məmmədov çıxış edərək muxtar respublikada təhsilə göstərilən qayğı nəticəsində yaradılan müasir şəraitdən danışıb. Qeyd olunub ki, magistrantlar bu qayğıdan bəhrələnərək respublikamızın müxtəlif ali təhsil müəssisələrində və xarici ölkələrdə keçirilən elmi konfranslarda iştirak edirlər. Bildirilib ki, hazırda universitetin Magistratura təhsil səviyyəsində I kurslarda 71 ixtisaslaşma üzrə 189 nəfər, II kurslarda isə 66 ixtisaslaşma üzrə 218 magistrant təhsil alır. 
    Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Arzu Abdullayev konfransda çıxış edərək muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin magistrantlarının elmi konfranslarının keçirilməsinin artıq ənənə halını aldığını vurğulayıb. 
    Sonra Naxçıvan Dövlət Universitetinin magistrantlarından Gülüm Məmmədovanın, Röya Rzayevanın, Nardanə Əliyevanın müxtəlif mövzularda çıxışları dinlənilib.
    Sonda İnformasiya mühafizəsi və təhlükəsizliyi ixtisası üzrə Fuad Babayevə “İlin magistrantı” diplomu təqdim edilib. Bir qrup magistrant isə könüllülük fəaliyyətinə görə diplomla mükafatlandırılıb. Konfrans 12 bölmədə öz işini davam etdirib. 

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və
 ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 25.06.2023 18:54