AZ EN RU

Maddi-texniki baza təkmilləşdirilir

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi muxtar respublikada radioloji xidmətlərə olan tələbatın tam, vaxtında və keyfiyyətli təmin edilməsi istiqamətində işləri davam etdirir. Rayonlarda vətəndaşların rahatlığının təmin olunması və uzağa getmədən keyfiyyətli radioloji müayinələrdən yararlanması məqsədilə Şahbuz rayon Mərkəzi Xəstəxanasında KT cihazı istifadəyə verilib. Həmçinin, Naxçıvan Muxtar Respublika Xəstəxanasında nasaz vəziyyətdə olan KT cihazı da təmirdən sonra xidmətə hazır vəziyyətə gətirilib. Xatırladaq ki, Naxçıvan Sağlamlıq Mərkəzindəki 2-ci MRT cihazının da fəaliyyəti ilin əvvəlindən etibarən bərpa edilib. Səhiyyə müəssisələrinin təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl işlər bundan sonra da davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 17.01.2024 16:15