AZ EN RU

Maarifləndirilmə işləri aparılır

    Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri”nə dair növbəti maarifləndirici tədbir keçirilib.
    Xidmətin şöbə rəisi Kənan Məmmədov və baş inspektoru Həmid Muxtarlı çıxış edərək muxtar respublikamızda yaşayan, təhsil alan, eyni zamanda əmək fəaliyyəti ilə məşğul olan miqrantların təhlükəsizliyi, rahatlığı, onların burada hüquq və vəzifələri, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olmasının hüquqi əsasları barədə ətraflı məlumat veriblər.  
    Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb, əcnəbilərin Xatirə Muzeyinə ekskursiyası təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 
mətbuat xidməti

Nəşr edilib : 23.09.2022 18:40