AZ EN RU

Maarifləndirici tədbir olub

    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin birgə təşkil etdiyi tədbiri giriş sözü ilə nazirliyin aparat rəhbəri Vüqar Babayev açıb. Qeyd edib ki, muxtar respublikada dövlət idarə və təşkilatların vətəndaşların humanitar, sosial və iqtisadi rifahına xidmət etməsi prioritet məsələdir. Bu tədbirin əsas məqsədi də vətəndaşlar arasında icbari və könüllü sığortaya olan marağın artırılması, sığorta növlərinin inkişaf etdirilməsi, vətəndaşlara dəymiş zərərlərin əvəzinin ödənilməsinin təmin edilməsi yolları, sığortaya olan maraq və inamlarının artırılması və könüllü sığortanın əhatə dairəsinin genişləndirilməsidir.  
    Tədbirdə “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin əməkdaşları Vüsal Ağayev, Mehdi Bağırov, Amil Məmmədov çıxış edərək  aqrar sığorta, daşınmaz əmlakın icbari sığortası və fiziki şəxslərə məxsus olan əmlakın sığortası haqqında, eləcə də fərdi qəza sığortası, fiziki şəxslərə məxsus olan heyvanların sığortası və avtomobil nəqliyyat vasitələrinin tam sığortası barədə geniş məlumat veriblər.
    Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, nazirliyin və tabe müəssisələrin işçilərinə qeyd olunan sığorta növlərinə dair buklet və broşürlər paylanılıb.

Xəbərlər şöbəsi

Nəşr edilib : 03.03.2022 20:33