AZ EN RU

Maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi çərçivəsində 28 iyun 2024-cü il tarixdə Babək şəhərində ailə institutunun gənclər arasında möhkəmləndirilməsi və qadınların hüquqi biliklərinin artırılması istiqamətində maarifləndirici tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə açan Babək Rayon İcra Hakimiyətinin əməkdaşı Vüsal Mirzalıyev bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Eltun Həziyev, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin bölmə rəisi Reyhan Sadiqova, Naxçıvan Mediasiya Təşkilatının əməkdaşı Orxan Abbasov çıxış edərək bildiriblər ki, ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində bir sıra mühüm qanunlar qəbul edilib və bu sahədə davamlı islahatlar aparılır. Həmin qanunların qəbul edilməsi yeni düşüncə tərzinin formalaşmasına və müəyyən stereotiplərin aradan qaldırılmasına təkan verib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 29.06.2024 09:20