AZ EN RU

Maarifləndirici tədbir keçirilib

    Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Fövqəlаdə Hаllаr Nаzirliyi tərəfindən 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıqla bağlı maarifləndirici tədbir keçirilib. 
    Naxçıvan Muxtar Respublikası rabitə və yeni texnologiyalar nazirinin müavini Həbib Novruzov tədbiri giriş sözü ilə açıb. O, sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasında 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilən tapşırıqların icrası istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
    Nazirliyin əməkdaşı Hidayət Əlizadə payız-qış mövsümünə hazırlıq məqsədilə və mülki müdafiə sahəsində  görülmüş işlərlə bağlı məlumat verib. 
    Tədbirdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları mayor Vüqar Məmmədov, Hasil Məmmədov, Etibar Məmmədov və Əbülfəz Qafarov tərəfindən fərdi yaşayış evlərində qaz və elektrik cihazlarından düzgün istifadə qaydaları, ilkin yanğınsöndürmə vasitələrinin istismarı və istifadə qaydaları, həmçinin dəm qazının yaranma səbəbləri və ondan mühafizə üsulları barədə ətraflı məlumat veriblər.
    Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

 Naxçıvan Muxtar Respublikası
 Rabitə və Yeni Texnologiyalar  Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 07.10.2022 20:02