AZ EN RU

Maarifləndirici tədbir -foto

    Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə daxili işlər nazirinin müavini Zahid Gözəlov açıb. 
    Sonra dövlət sığorta xidmətinin müavini Musa Əliyev bildirib ki, tədbirin məqsədi vətəndaşlar arasında icbari və könüllü sığortaya olan maraq və inamın artırılması və sığorta növlərinin inkişaf etdirilməsidir. 
    Tədbirdə xidmətin əməkdaşlarından Vüsal Ağayev, Amil Məmmədov, Mehdi Bağırov çıxış edərək fiziki şəxslərə məxsus olan əmlakların və heyvanların sığortaları, fərdi qəza sığortası, avtomobil nəqliyyat vasitələrinin tam sığortası və daşınmaz əmlakın icbari sığortası növlərinin icrası ilə bağlı ətraflı məlumat veriblər.
    Sonda suallar cavablandırılıb, sığorta növlərinə dair 400 ədəd buklet və broşür paylanılıb.
 

Nəşr edilib : 28.04.2022 19:57