AZ EN RU

Maarifləndirici mövzuda tədbir keçirilib

Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçıllığı ilə rayonun Ərəzin kəndində “Qız övladlarımızı gələcəyin Azərbaycan qadını kimi böyüdək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edənlər ailədə valideyn övlad münasibətləri, bəzi ailələrdə qız övladlarına ayrı-seçkiliyin qoyulması, onların təhsilinin və milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin təşkil olunması, qız uşaqlrının erkən nikahdan qorunması,  ailə qurmağa, nikaha daxil olmağa hazır olması, sosial şəbəkələrin ailələrə və uşaqlara təsirləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sonda iştirakçıların sualları cavablandırılıb, müvafiq mövzularda 40 ədəd broşür paylanılıb. Eyni zamanda mövzu ilə əlaqədar yazılı şəkildə sorğu keçirilib.

                                                                                 Aidə İBRAHİMOVA

Nəşr edilib : 05.12.2023 12:35