AZ EN RU

Maarifləndirici görüş keçirilib

    Naxçıvan Muxtar Respublikası Ali  Məclisi Sədrinin müvafiq Sərəncamı  ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq muxtar respublikada sosial qayğıya ehtiyacı olan аilələrin аktiv əməyə cəlb еdilməsi, məşğulluğunun təmin оlunmаsı daim diqqət mərkəzində saxlanılır. 
    Naxçıvan şəhərindəki Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Kənd Təsərrüfatı nazirlikləri, Dövlət Baytarlıq Xidməti və Dövlət Baş Sığorta Agentliyinin əməkdaşlarının, həmçinin Sahibkarlığın İnkişafı Fondunun nümayəndələrinin iştirakı ilə müvafiq proqrama cəlb edilən yerli sakinlərlə növbəti görüş keçirilib. 
    Tədbirdə sakinlərə verilmiş aktivlərdən təyinatına uyğun istifadə edilməsi, iri və xırdabuynuzlu heyvanların saxlanılması, yetişdirilməsi və istifadə olunmasının təşkili, sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb ola biləcək hadisələrin baş verməsi ehtimalı və buna qarşı sığortaçının üzərinə götürdüyü öhdəliklər və digər zəruri işlərlə bağlı məlumatlar verilib. 
    Sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, verilən aktivlərdən daha səmərəli istifadə etməyə çalışacaqlarını deyiblər.


Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 22.02.2022 19:44