AZ EN RU

Liv Bona Dea Hospitalın həkimləri Naxçıvanda tibbi aksiya keçirir

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Liv Bona Dea Hospitalın birgə təşkilatçılığı ilə bu gün və sabah Naxçıvan Diaqnostika Müalicə Mərkəzində 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tibbi aksiya keçirilir. 

Ödənişsiz baş tutan aksiya çərçivəsində Liv Bona Dea Hospitalının yüksəkixtisaslı həkimləri - uşaq ürək-damar cərrahı Şiraslan Baxşəliyev, uşaq kardioloqu Bəhruz Əliyev, pediatr-neonatoloq Kamil Şərifov, uşaq-endokrinoloqu Cəmalə Məmmədova və pediatr Vəfa İsayeva tərəfindən azyaşlıların tibbi müalicə və müayinəsi aparılacaq.

Xəbərlər şöbəsi

Nəşr edilib : 30.05.2023 10:58